Quran maarifi və Əhli-beyt (ə) məktəbindən ilham alan Azərbaycanın mərd oğulları başdan ayağa silahlanmış mənfur düşməni ilahi yardımla 44 günlük müharibədə həm psixoloji, həm də fiziki baxımdan məhvə məhkum etdi.
Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ Müharibəsində misilsiz igidliklər göstərərək işğalçı erməni qüvvələrini darmadağın etdi.
“Ləbbeykə Ya Hüseyn!” deyərək misli görünməmiş mətanətlə döyüşlərə qatılan Azərbaycan əsgərləri, döyüş bölgəsindən Azərbaycan şiələrinə, Əli (ə) aşiqlərinə salamlar göndərirdilər.