Ermənistan işğalçı dövətinin Azərbaycan Respublikasına qarşı başlatdığı İkinci Qarabağ Müharibəsində Vətənin keşiyində duran igidlərimiz, məhz, Əhli-Beyt (ə) davamçıları olan kəslər idilər.
Onlar yalnız Allah-taalaya ibadət edib ona təvəkkül edirdilər. Qurani-Kərim, Peyğəmbər (s) və 14 məsuma (ə) təvəssül edib onların məzlumluğu haqqında mərsiyə oxuyur və rövzələr deyirdilər. Beləliklə, Allaha, onun Rəsulu (s) və məsum imamlara (ə) olan bağlılıq onlarda şəhadət ruhiyyəsini daha da artırdı.
Ölüm onlar üçün baldan şirin, düşmənlə müharibə isə fəxr idi. Allah-taala Qurani-Kərimin “Nisa” surəsinin 95-ci ayəsində belə buyurur: “…Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün edib…”
Həqiqətən də əzəmətli Allah və Onun Peyğəmbəri (s) doğru buyurur!
Videonu sizə təqdim edirik: