27 Sentyabr 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başladı.
30 ildən artıq bir müddətdə düşmən tapdağında qalan torpaqları geri almaq üçün artıq vətən oğullarında səbir və taqət qalmamışdı. Məhz, bu döyüşlər namuslu və imanlı vətənpərlərin meydana dönüş nöqtəsi oldu. Azərbaycanın qeyrətli oğulları könüllü olaraq döyüşlərdə iştirak edir və mənfur düşmənimiz olan erməni daşnaklarını cəhənnəmə vasil edirdilər.
İşğal altında olan Qarabağ, Zəngəzur, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər və digər ərazilərin azadlığı uğrunda gedən döyüşlərdə əsgərlərimiz həqiqi qəhrəmanlıq nümayiş etdirirdilər. Bu yolda canlarından keçən və şəhid olmağı özünə şərəf sayan igid Azərbaycan əsgərləri Quran oxuyur, azan verir, namaz qılır, oruclar tutur, xalqımıza, vətənimizə dualar edirdilər.
Şübhəsiz, Allaha iman və həqiqi dindarlığa sahib olmaq Azərbaycan xalqına bəxş edilən böyük ilahi bir töfhə idi! Əhalisinin əksəriyyəti şiə olan Azərbaycan xalqı döyüşlərdəki şücaət və qəhrəmanlıqlara, düşmənə vurduqları ağır və sarsıdıcı zərbələrə görə öz igid ordusu ilə fəxr etməyə layiqdir. Nəhayət, gözlənilən vaxt gəlib çatdı və şiə Azərbaycan xalqı yağı düşmənin cavabını layiqincə verdi və torpaqlarımızı işğaldan azad etdi. Onlar “Allahu Əkbər!”, “Ya Əli! Ancaq İrəli!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli! Kimdir axı Erməni!” kimi şüarlar ilə düşmən üzərinə şığıyıb torpaqları azad edirdilər.
Hazırda Əhli Beyt (ə) aşiqlərinin cəbhədə necə gözəl səslə Quran tilavət etməsi ilə bağlı videonu sizə təqdim edirik: