Qubadlını erməni işğalından azad edən qəhrəman əsgərlərimiz bu münasibətlə qurban kəsib.
44 gün davam edən 2-ci Qarabağ Müharibəsində iştirak edən silahlı qüvvələrimizin önəmli cəhətlərindən biri onların Əhli-beyt (ə) məktəbinə bağlı olması və qəlblərinin imam Hüseyn (ə) eşqi ilə alovlanması idi. Allaha, Peyğəmbərə (s) və onun pak Əhli-beytinə (ə) bağlılıq və məhəbbət əsgərlərimizin döyüş ruhiyyəsinə müsbət təsirini göstərmişdir. Belə ki, hər bir döyüşçü şəhidlik arzusu ilə yaşamış və mənfur düşmənlə qarşılaşmaqdan əsla çəkinməmiş və onları darmadağın etmişdir. Şübhəsiz ki, döyüş səhnələri ilə bağlı çəkilən kadrlar dediklərimizi sübuta yetirməyə kifayət edir. Hazırda Qubadlının işğaldan azad edilməsi ilə bağlı qurban kəsən əsgərlərimizin video görüntülərini sizlərə təqdim edirik: