Azərbaycan Respublikasının Xarici İşlər naziri İran İslam Respublikasının Xarici İşlər naziri ilə telefon danışığında ölkəsinin İranla dostluq və qonşuluq əlaqələrini inkişaf etdirmək istədiyinə toxunaraq, yeni dövrdə iki ölkənin əməkdaşlıqlarının əvvəlkindən daha çox genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Avqustun 25-də İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçı ilə telelfon danışığı zamanı onu İran İslam Respublikasının Xarici İşlər Nazirliyi vəzifəsinə seçilməsi münasibəti ilə təbrik etməklə yanaşı, ona uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Xarici İşlər naziri bu danışıqda ölkəsinin İranla dostluq və qonşuluq əlaqələrini inkişaf etdirmək istədiyinə toxunaraq, yeni dövrdə iki ölkənin əməkdaşlıqlarının əvvəlkindən daha çox genişlənəcəyinə ümidvarlığını bildirib.
Əraqçı da azərbaycanlı həmkarına təşəkkürünü bildirərək, Azərbaycan Respublikası ilə dostluq və qarşılıqlı faydalara əsaslanan əlaqələrinin inkişafını İran İslam Respublikasının xarici siyasətinin ön planında dayanan məsələlərdən olduğunu bildirib və mövcud imkanlardan daha çox istifadə edilməsinin vacibliyini vurğulayıb.
Qafqaz regionunda baş verən hadisələrin, eləcə də bəzi beynəlxalq məsələlərin araşdırılması iki nazir arasındakı telefon danışığındakı digər mövzular olub.
Tərəflər bir-birini paytaxtlara səfərə dəvət etməklə yanaşı, yüksək səviyyəli nümayəndə heyətlərinin mübadiləsinin və iki ölkənin xaric işlər nazirlərinin danışıqlarının, həmçinin iki ölkə nümayəndələrinin regional və beynəlxalq dairələrdəki əməkdaşlığının davam etdirilməsi ilə ikitərəfli münasibətlərdə təkan yaratmağın zəruriliyini vurğulayıblar.