Azərbycan Respublikasının Baş naziri ölkənin prezidenti adından İran prezidentini Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında iştirak etməyə dəvət edib.
Xarici KİV-in verdiyi məlumata görə, İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov onunla görüşü zamanı ölkə prezidenti İlham Əliyevin salam və təbriklərini çatdırıb.
Azərbaycan Respublikasının dövlət xəbər agentliklərindən birinin verdiyi məlumata əsasən, Əli Əsədov İlham Əliyevin adından Pezeşkiyanı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı olan “COP29”-da iştirak etməyə dəvət edib.
Verilən məlumata görə, bu ilin Noyabr ayında keçiriləcək bu tədbirdə 70-80 min xarici qonaq iştirak edəcək.