05-10-2020
Cənubi Azərbaycanın musiqi sənətçiləri “Qarabağın işğalına son verin” çağırışı ilə birgə bəyanat qəbul ediblər.
Bəyanatda deyilir:
Hörmətli həmvətənlər və soydaşlarımız!
Bildiyiniz kimi, İranımızla tarixi, mədəni, ədəbi, dini, dil və sənət üzrə bənzərsiz ortaqlıqları olan əziz qonşu, dost və qardaş Azərbaycan, öz istiqlalını əldə edəndən sonra, 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüz və işğalına məruz qalmışdır. Dağlıq Qarabağdan əlavə digər 7 bölgədə namərdcəsinə işğal olunmuşdur və nəticədə minlərcə müsəlman bacı-qardaşlarımız, xüsusilə məzlum Xocalı şəhərinin müdafiəsiz əhalisinin soyqırımı kimi faciələrdə şəhid olub, bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin düşmüşdür.
Keçən 27 il ərzində, BMT-nin Təhlükəsizlik Şurasının işğala son verib, tanınmış sərhədlərə qayıdış haqda buraxdığı 4 qətnaməsinə rəğmən, Ermənistan və ona bağlı olan silahlı qüvvələr, işğal olunmuş ərazidə, bəzi qərb ölkələrinin dəstəklərinə dayanaraq, sözü gedən qətnamələri saymayaraq, bu böyük zülm və ədalətsizliyə davam etmişdir.
Gözəl və sənətpərvər Qarabağ Üzeyir Hacıbəyov, Bülbül, Rəşid Behbudov və s. kimi bəstəkarlar, müğənnilər və musiqi ifaçıların, habelə şairlər, yazıçılar və neçə- neçə incəsənət xadimlərinin həyatı və yaradıcılığını xatırladan torpaqdır. Xalqımızın bir çox sənət və mədəniyyət təzahürlərinin kökü o torpaqdandır.
Uzun illər, Qarabağ musiqi sənətçiləri, o diyarın sənətpərvər və istedadlı insanlarının bacarığına dayanaraq, böyük və möhtəşəm Qarabağ musiqi məktəbini formalaşdırmış və Azərbaycan muğam musiqisinin tarixində dönüş nöqtəsi yaratmışdır. Lakin bəzi ekstremist ermənilərin işlərinin nəticəsi düşmənlik, soyqırımı və qantökmə halları baş vermişdir. İşğalçılığa son qoyduqdan sonra ədalətli bir barış yaratmalı və keçmişdəki xatirəli günlərə qayıtmaq lazımdır.
Biz Azərbaycan musiqi sənətçiləri, digər ədalətli və haqsevər qruplar və ölkənin bütün azadə və vicdanlı insanları ilə birlikdə, o cümlədən Azərbaycan vilayətlərinin hörmətli Cümə imamları və bəzi millət vəkilləri, hüquqşünaslar və s. azərbaycanlı müsəlman bacı-qardaşlarımızın işğalçılığı sona çatdırma uğrunda cəhdini dəstəkləyərək, haqq – ədalətin öz yerini tutmasını tələb edirik.
İranın azərbaycanlı musiqi sənətçiləri tərəfindən imzalanmışdır.
1. Bahaəddin Xurasani, müğənni və vokal müəllimi
2. Sevda Əsğərniya, müğənni, vokal və fortepiano müəllimi
3. Vədud Müəzzin, müğənni, rəssam və heykəltəraş
4. Çəngiz Mehdipur, Qopuz ifaçısı və müəllimi
5. İsfəndiyar Peyfun. Azərbaycan tar ifaçısı
6. Vəhid Əsədullahi. Azərbaycan zərb alətləri ifaçısı və müəllimi
7. Xosrov Sərtipi, şair və musiqi tədqiqatçısı
8. Məsud Əmir Sepehr, azərbaycanlı vokal və klassik müğənni və müəllim
9. Aşıq Məhbub Xəlili Müğənni, Qopuz musiqiçisi, oxuma müəllimi və şair
10. Əhməd Səttari, müğənni və Muğam müəllimi
11. Mehdi Şahmuradi, Azərbaycan tar ifaçısı və müəllimi, musiqişünas
12. Nasir Ətapur, muğam müğənnisi, müəllimi və xəttat
13. Fərman Fərziş, qopuz ifaçısı və şair
14. Davud İclali, muğam müğənnisi və müəllimi
15. Rıza Hüseyni Bəqanam, azərbaycanlı tar ifaçısı və etnomusiqişünas
16. Səid Abed, Təbriz məktəbinin İran musiqi müğənnisi
17. Həmid Rıza Rızaii. Muğam oxuma müğənnisi və müəllimi
18. Məcid Əsri, müğənni və Muğam müəllimi
19. Behrad Bünyadi, Azərbaycanlı tar ifaçısı və müəllimi
20. Murad Əsədullahi, Qarmon ifaçısı
21. Rıza Əsədullahi, Azərbaycanın zərb ifaçısı
22. Həmid Pirnəbixah, müğənni və kaman tələbəsi
23. Behruz Fərruxi, vokal və klassik müğənni
24. Həsən Nasir Milli, Muğam müğənnisi və müəllimi
25. Babək Hüseyinzadə, Azərbaycanlı tar ifaçısı və müəllimi
26. Əli Seyidzadə. Azərbaycanlı tar ifaçısı və müəllimi
27. Hadi Həmzəzadə, tar və bağlama ifaçısı
28. Əli Davudi, opera müğənnisi və klassik oxuma müəllimi
29. Məhəmməd Saduqi Türkmabur. Pianoçu
30. Siyamək Əsğəri. Muğam Müğənnisi
31. Mehdi Həmzəzadə, vokalist, estrada müğənnisi və müəllimi
32. Arəş Fəttahnejad, fleyta ifaçısı
33. Məhbub Fəthi, Azərbaycanlı tar ifaçısı və müəllimi, musiqi tarixinin tədqiqatçısı
34. İbrahim Qaraxanlı, Muğamın müğənnisi
35. Məhəmməd Ətapur. Qupuz və Bağlama ifaçısı və müəllimi
36. Məsud Fiyuzat, mədəniyyət xadimi və Azərbaycan musiqi və ədəbiyyatı tədqiqatçısı
37. Oktay Zamani, Qopuz ifaçısı və müəllimi
38. Xatirə Məhəmmədxanlı Aşıq musiqisi müğənnisi və müəllimi
39. Aşıq Səxvat Sabir, aşıq musiqisi sənətkarı
40. Məhəmməd Rıza Qasimi, Muğam və aşıq musiqisinin ifaçısı
41. Fərhad Şidfər, Qopuz ifaçısı və etnomusikoloq
42. Taban Məhəmməd Xani, müğənni
43. Afşin Səfizadə, Qopuz ifaçısı
44. Behnam Məliki Ələvi, Klassik müğənni (vokalçı)
45. Behrəng Padir, müəllim və zərb ifaçısı
46. Yaşar İmanpur, Qopuz ifaçısı
47. Rıza Purnəsir, Muğam və aşıq musiqsinin müğənnisi
48. Yaşar Cavadpur, Kamança ifaçısı, müəllim və muğam ifaçısı
49. Ruzbeh Talibi, Nağaranın ifaçısı və müəllimi
50. Rıza Abdullahi, Bağlama ifaçısı və müəllimi
51. Rıza Qari Fərd, İran tarı ifaçısı
52. Məhəmməd Əli Bərzgər, Azərbaycanlı tar ifaçısı və müəllimi
53. Təranə Haşiminiya, müğənni
54. Əlirıza Şirəlizadə, Azərbaycanlı tar ifaçısı
55. Rıza Fuladi, müğənni
56. Nasir Aliqədr, Qaval ifaçısı və Mahmud Farnam məktəbinin müəllimi
57. Aşıq Əli Xudadad, Aşıq musiqi tədqiqatçısı
58. Ətabək vüsuqi, Qarmon ifaçısı
59. Əbülfəzl Cəmali Azərbaycan rəqs sənətkari
60. Höccət Məbzul, Qarmon ifaçısı və müəllimi