İran və Azərbaycan arasında birgə təlimlər başlayıb

Dünəndən (24 Noyabrdan) etibarən SEPAH-ın Quru Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələri və Azərbaycan Respublikası Ordusunun Xüsusi Təyinatlı Qüvvələri arasında Ərdəbil vilayətinin Aslandüz sərhəd şəhərinin ümumi ərazisində “Araz Birgə Təlimləri” adlı birgə təlimlər başlayıb.

Xarici KİV-in verdiyi məlumata görə, dünəndən etibarən SEPAH-ın Quru Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələri və Azərbaycan Respublikası Ordusunun Xüsusi Təyinatlı Qüvvələri arasında Ərdəbil vilayətinin Aslandüz sərhəd şəhərinin ümumi ərazisində “Araz Birgə Təlimləri” adlı birgə təlimlər başlayıb. Bu təlimlər iki ölkənin xüsusi qüvvələrinin iştirakı ilə İranın şimal sərhəd bölgələrində çətin keçilən yüksəklikdə 4 gün ərzində davam edəcək.

Bu təlimin keçirilməsində məqsəd ikitərəfli əlaqələrin möhkəmlənməsi, mütəşəkkil qanunsuz silahlı qruplarla mübarizədə birgə əməkdaşlıq, ümumi sərhədlərin təhlükəsizliyi, hərbi potensialın artırılması və iki ölkənin ortaq maraqlarının inkişafı istiqamətində baş tutmuş razılaşmalar əsasında taktiki və əməliyyat səviyyələrində müdafiə əməkdaşlıqlarının genişləndirilməsidir.

Azərbaycan Respublikasının hərbi heyəti dünən səhər Ərdəbil vilayətinin Biləsuvar şəhərinin sərhəd terminalından keçib və Ərdəbil vilayətinin ordu komandanı və bu təlimlərdə iştirak edəcək komandirlər tərəfindən qarşılanıb.

Həmçinin Azərbaycanın yüksək rütbəli hərbi heyəti təlim zonasında iştirak edərək birgə təlimlərin keçirilməsi üçün istənilən sərhəd təhdidlərinə qarşı lazımi hazırlıqların görüldüyünü açıqlayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir