Tarix: 14-12-2020 19:45
İranın Rey şəhərində Qarabağ müharibəsinin şəhidləri üçün ilk anım mərasimi keçirilib.
IRIB xəbər verir ki, 44 günlük döyüşlər zamanı həlak olmuş 2783 şəhidə ehtiram əlaqməti olaraq keçirilən mərasimə bəzi şəhid ailələri də qatılıb.
Şah Əbdüləzim (ə.) ziyarətgahının salonunda baş tutan tədbir İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələri gücləndirmək və eyni zamanda, iki xalq arasında həmrəylik yaratmaq məqsədi daşıyıb.