Şiə hərbiçilərimizin İmam Hüseynə (ə) olan sevgisi şəraitdən asılı olmayaraq hər yerdə özünü büruzə verirdi.
Kimisi ”Allahu Əkbər” deyib düşmənin üzərinə şığıyır, kimisi ”Ləbbeykə Ya Hüseyn” deyib şəhid yoldaşını döyüş meydanından çıxarırdı.
Bəziləri də “Allah, Muhəmməd Ya Əli!, Ləbbeykə Ya Hüseyn!” kəlmələrini hərbi forması üzərinə və kağıza yazaraq Azərbaycan hərbiçilərinin İmam Hüseynə (ə) olan sevgisini bütün dünyaya nümayiş etdirdilər.
Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda İkinci Qarabağ müharibəsində iştirak edən, bu yolda canından keçərək şəhid olanların əksəriyyəti demək olar ki, şiə hərbiçilər və məhz Hüseynçi igidlərimiz idi.
Qəhrəman və Əhli-beyt (ə) məktəbi aşiqləri döyüşçülərimiz daim Allaha, Peyğəmbər (s) və imam Hüseyn (ə) məktəbinə bağlı olduqlarını bütün əməllərilə nümayiş etdirirdilər.