Aşura hadisəsindən illər sonra İmam Hüseyn (ə) qiyamının fəlsəfəsi günbəgün artır və şiələr müsəlman cəmiyyətində və bütün dünyada bu yolun bayraqdarı kimi daha qabarıq nəzərə çarpır.
Aşura məktəbindən qaynaqlanan bütün hərəkat və mübarizələr zalım sistemləri devirməyə və dünyada məzlumların haqqını müdafiə etməyə yönəlib.
Şübhəsiz, İslam tarixində baş verən bu əzəmətli hadisə Azərbaycan şiələrinə də böyük təsirlər qoymuş və Əhli-beyt (ə) məktəbi sevərlərinin ondan ilham almasına səbəb olmuşdur.
Təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarını 30 illik işğalından sonra Azərbaycan ordusu ilə Ermənistan hərbi qüvvələri arasında baş verən Birinci və İkinci Qarabağ Müharibəsi zaman din faktoru və imam Hüseyn (ə) məktəbinin təsiri daha da nəzərə çarpmışdır. Belə ki, döyüşlərdə iştirak edən cəsur əsgərlərimiz daima imam Hüseynə (ə) mərsiylər deyir, namaz qılır, Quran oxuyur, Peyğəmbər (s) və Əhli-beyt (ə) məktəbinə böyük məhəbbət göstərdiklərini nümayiş etdirirdilər. Məhz, şiə qəhrəmanlarımızın Allah və Peyğəmbərə (s) imanı, təvəkkülü, 14 məsuma (ə) təvəssül və bağlılığı müharibənin gedişatında həlledici rol oynamış və müharibə Azərbaycan ordusunun xeyrinə tamamlanmışdır. Döyüşlərdə iştirak edən imanlı əsgərlərimiz
Namazlarını əvvəl vaxtda qılmağa diqqət yetirir və dini göstərişlərə riayət edirdilər. Çoxlu sayda şəhid verməyimiz və qazilərimizin olmasına baxmayaraq, Allaha şükürlər olsun ki, xalqımız qələbə qazana bildi və düşmən məğlubiyyətə uğradı.