Azərbaycanın müstəqilliyi, torpaqlarının azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır.
Bu xalqın şüuraltısında vətənpərvərlik və fədakarlıq mənəvi dəyərlər və dini təlimlər əsasında formalaşıb. Bu oğullar əsil azərbaycan köklü və etiqadlı ailələrdə doğulub, boya başa çatıblar. Hərçənd ki, belə ailələrdə böyüməyən övladlar belə müharibənin amansız günlərində əsil şiə təfəkkürünü və İmam Hüseyn (ə) fədakarlığını bütün vücudları ilə dərk edib, ondan örnək alararaq tam vətənpərvərlik əhval-ruhiyyəsi ilə döyüşüblər.
Sosial şəbəkələrdə yayımlanan bu video azərbaycanlı hərbçiləri döyüş meydanında Kərbəla müsibəti və dini dəyərlərimizə ehtiramla əzadarlıqları onlara sabahkı döyüşlərdə sidq ürəklə vuruşmaları üçün bir ilham mənbəyi olduğunu müşahidə edirsiniz.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.