Azərbaycan Xüsusi Təyinatlı Qoşunları döyüşlərdə Şəhidlər Ağası İmam Hüseyn (ə) məktəbi və İslam dinindən ilhamlanaraq düşmən qüvvəsinin üzərinə “Allahu Əkbər!” və “Ləbbeykə Ya Hüseyn!” şüarları ilə hücum edir və onları qaçmağa vadar edirdi.
İşğalçı Ermənistan qüvvələrinin Azərbaycan əleyhinə başlatdığı İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Ordusunun əzmkarlığı və ruh yüksəkliyi döyüşün ilkin günlərindən nəzərə çarpırdı.
Allaha şükürlər olsun ki, torpaqlarımız düşmən tapdağından azad edildi və mənfur ermənilər məğlubiyyətə düçar oldu. Şübhəsiz, zalım və qaniçənlər daima məhvə və məğlubiyyətə məhkumdur.