Əli Şiələri “Allahu Əkbər! Ləbbeykə ya Əli!” şuarlarıyla Qubadlını azad edir – Video

Qubadlını erməni işğalından azad edən Azərbaycan əsgərləri Qubadlı yüksəkliklərində bayrağımızı dalğalandırıblar. Birinci Qarabağ Müharibəsində olduğu kimi İkinci Qarabağ Müharibəsində də Şiə Azərbaycan xalqı döyüş meydanına atılaraq vətənin keşiyində durmağı özünə şərəf və dini bir vəzifə bildi.
Döyüşün müxtəlif bölgələrində İmam Əli (ə) şiələri olduqları bölüklərdə namaz qılır, Allaha ibadət edir, Quran oxuyur, Allah yolunda cihad etməyin zəruriliyi, şəhadətin aliliyi və vətənin keşiyində durmağın vacibliyi haqqında moizələr edirdilər.
Onlar yağı düşmənə qarşı qələbə qazanmaq, hərbiçilərin sağ və salamat evlərinə qayıtmaları üçün daim dualar edirdilər.
Allaha şükürlər olsun ki, ordumuz sonunda mənfur düşmən üzərində qələbə çaldı. Videoda da müşahidə edəcəyiniz kimi, döyüşlərdə əsgərlərimiz “Ləbbeykə ya Əli! Ləbbeykə ya Hüseyn şüarları verirlər.” Bu da onların İslama və Əhli-beyt (ə) məktəbinə nə qədər bağlı olduqlarını göstərir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir