Hüseynçilər minaatan atəşləri altında düşmənin yüksəkliyini mühasirəyə almağa çalışır – Video

Təcavüzkar və işğalçı Ermənistanın ölkəmizə qarşı başlatdığı İkinci Qarabağ Müharibəsində Azərbaycanın Hüseynçi qəhrəmanları mənfur düşməni biabırçı məğlubiyyətə düçar edib. Qəhrəman əsgərlərimizin əldə etdiyi bütün qələbələr onların Allaha imanı və təvəkkülü, Peyğəmbər (s) və Əhli-beyt (ə) məktəbinə məhəbbəti, həmçinin göstərdikləri şücaət nəticəsində hasil oldu. Vətən uğrunda canlarını əsirgəməyən döyüşçülər daima Allahu Əkbər, Ləbbeykə ya Hüseyn deyərək düşmən üzərinə şığıyır və onların bədəninə lərzə salırdı. Beləliklə, qəhrəman ordumuz “Ali-İmran” surəsinin 160-cı ayəsinin bariz nümunəsinə çevrilmişdilər: “Əgər Allah sizə yardım etsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizə olan yardımını sizdən çəksə, ondan sonra sizə kim kömək edə bilər? Möminlər yalnız Allaha təvəkkül etsinlər!”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir