İmam Hüseynə (ə) və övladlarına mərsiyə oxuyan əsgərlərimiz – Video

Torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının dini kimliyi və qeyrətini sübut edən önəmli meydanlardan biri idi. İslam Torpaqlarının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasında gedən döyüşlər Azərbaycan Xalqının öz dini dəyərlərinə, Allaha inancına, Onun göndərdiyi İslam dininə, həmçinin, öz milli və ilahi dəyərlərinə sadiq qaldığını bir daha sübuta yetirdi.
Müharibə müddətində daxili və xarici düşmənlərin İslam və şiəliyin əleyhinə genişmiqyaslı təbliğatlar aparmasına baxmayaraq, Allah- taalanın lütfü ilə rəşadətli xalqımız düşmənlərin bütün mənfur planlarını və durmaq bilmədən apardıqları şeytani təbliğatlarını puça çıxardı.
Düşmən qüvvələri çirkin məqsədlərinə nail ola bilmədilər. Qəhrəman əsgərlərimiz “Allahu Əkbər!”, “Ləbbeykə Ya Hüseyn!”, “Ləbbeykə Ya Əli!”, “Allah! Muhəmməd! Ya Əli!” kimi şüarlar səsləndirir və düşmənə həmlə edirdilər. Azad edilən torpaqlarda hərbiçilərimiz azan verir, namaz qılır və xalqımıza dualar edirdilər.
Allahın lütfü və yardımı sayəsində hərbiçilərimiz erməni qüvvələrinə sarsıdıcı zərbələr vuraraq düşməni darmadağın etdilər.
Təqdim edəcəyimiz videoda müşahidə edəcəyiniz hərbiçilərimiz 30 il erməni işğalında qalmış Fizuli, Cəbrayıl, Qubadlı və s. şəhər və rayonları azad edən Azərbaycan ordusunun qəhrəman Hüseynçiləridir. Onlar ələ keçirtdikləri düşmən mövqelərində İmam Hüseynə (ə) və o həzrətin övladlarının məzlumluğunu yad edərək mərsiyələr oxuyurlar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir