İnqilab Rəhbərinin Qarabağ barədəki sözlərinin böyük strateji təsiri olub

İranın Bakıdakı səfiri bildirib ki, İnqilab Rəhbərinin Qarabağ barədəki sözlərinin böyük strateji təsiri olub.

SəhərAzəri xəbər verir ki, Seyyed Abbas Musəvi İslam İnqilabının Böyük Rəhbərinin rəbiuləvvəlin 17-də Qarabağın azad edilməsinin himayəsi və müdafəsi barədəki mövqelərinə işarə ilə deyib: Bu sözlərin böyük strateji təsiri və dəyəri olub və Azərbaycan Respublikasının xalqı və rəsmiləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

İran İslam Respublikasının Bakıdakı səfiri dünən Qum Dini Elmlər Hövzəsinin Müdiriyyət Mərkəzinin Əmin salonunda keçirilən beynəlxalq “17 Rəbiuləvvəl Qarabağ, üstün diskurs” konfransında bildirib ki, İslam İnqilabının Böyük Rəhbərinin sözlərinin strateji dəyəri Azərbaycan Respublikasının rəsmiləri tərəfindən yaxşı dərk olundu. O, sonra deyib: İnqilab Rəhbərinin bəyanatı bunu dərk etməyimizə səbəb oldu ki, işğala söykənəcək siyasi coğrafiya sistemi daimi deyildir.

Musəvi söyləyib: Bəziləri bu işğala və işğalçılığa adət etmişdilər, lakin İnqilab Rəhbərinin açıq mövqeyi və bəyanatı göstərdi ki, işğala söykənəcək siyasi coğrafiya, bəzilərinin onun üzərində sərmayə yatırmasına rəğmən, davam edə bilməz.

İran İslam Respublikasının Bakıdakı səfiri regiondankənar imperialist ölkələrə xitabən deyib: Digər ölkələr arasında və xalqların arasındakı boşluqlar və sınıqlar üzərində sərmayəyatırma daha nəticə vermir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir