İşğaldan Azad edilən Cəbrayılda hərbiçilərimiz zöhr azanı oxudu – Video

Azərbaycanın qəhrəman igidlərinin döyüşlərdə böyük rəşadət göstərməsi İmam Hüseyn (ə) məktəbindən aldıqları dərslərdən qaynaqlanır. Onlar, Allah-Taalaya olan bağlılığı, Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə) olan itaətkarlıqları ilə erməni düşmənlərimizdən tamamilə fərqlənirdilər.
ABŞ, Qərb İttifaqı və Rusiyanın dəstəyi ilə işğalçı Ermənistan respublikasının Azərbaycan Respublikası əleyhinə başlatdığı İkinci Qarabağ müharibəsində Hüseynçi əsgər və zabitlərimiz öz canlarından keçərək torpaqlarımızı geri almağa nail olmuşlar…
Azərbaycanın hərbçilərinin döyüşlərdə böyük şücaət və rəşadət göstərməsi məhz İmam Hüseynə (ə) olan məhəbbət və o həzrətin Məktəbinə olan bağlılıqdan qaynaqlanır.
Əsgərlərimiz şirin şəhadət şərbətini içməyə can ataraq vətənin azad olunması uğrunda var qüvvələri ilə mübarizə aparırdılar.
Aşağıda müşahidə edəcəyiniz videoda Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Silahlı Qüvvələri azad etdikləri Cəbrayıl rayonunda zöhr azanı verərək ibadətə hazırlaşırlar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir