Möhsin Rzayinin Azərbaycana dəstək twiti

İİR Məsləhət Şurasının katibi doktor Möhsin Rzayi bu gün (3 mart) Twitter səhifəsində Qarabağla bağlı bir daha Azərbaycana dəstəyini vurğulayıb, Qarabağın Azərbaycana aid olduğunu və onunla bağlı hər hansı təklifin Azərbaycanda qəbul edilməsinə təkid edib.
İslam Keşikçiləri Qvardiyasının (SEPAH) keçmiş komandanı Tvitter səhifəsində yazıb:
Qarabağ Azərbaycana aid olub və olacaq. Azərbaycan ordusundan başqa heç bir qüvvə Qarabağda olmamalıdır. Bu bölgənin idarəçiliyi üçün hər hansı təklif Azərbaycan hökumətinin daxilində qəbul edilməlidir.”
Məsləhət Şurasının katibi 1 martda İranın Qum şəhərində keçirilən beynəlxalq Qarabağ konfransında da İran və Azərbaycanın iki bayraqlı bir millət olduğunu və İranın həmişə Azərbaycanın yanında olduğunu, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulamışdı.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir