Qəhrəman Hüseyn (ə) aşiqi əsgərlərimiz şəhidlərin ruhlarına salavat oxuyub – Video

Əsgərlərimiz vətən sevgisini məhz İslama, İmam Hüseyn (ə) və Aşura məktəbinə bağlılıqdan əldə edib. Qurana və Əhli-beytə (ə) olan sevgiləri əsgərlərimizin müharibədə daha da şücaətlə döyüşməsində təsirli olub.
Erməni işğalçı qüvvələrinin Azərbaycan Respublikasına qarşı başlatdığı İkinci Qarabağ Müharibəsində Azərbaycanın Hüseynçi igidləri dastanlar yazdı.
Təqdim edəcəyimiz videoda bir qrup Hüseynçi əsgərimiz Xanım Zeynəbin (ə) mövludu günü təbrik mesajları verərək, Qarabağ şəhidlərinin pak ruhlarına salavatlar göndərirlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir