Qarabağ müharibəsində iştirak edən əsgərlərimizin qəlbi İmam Hüseyn (ə) eşqilə çırpınır – Video

Allah-taala “Ali-İmran” surəsinin 169-cu ayəsində belə buyurur: “(Ey Peyğəmbər!) Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əksinə, onlar diridirlər. Onlara Rəbləri yanında ruzi bəxş olunur.”

İmam Hüseyn (ə) aşiqləri üçün ölüm baldan şirin, düşmənlə mübarizə aparmaq bir fəxarətdir.

Azərbaycanın Hüseynçi əsgər və zabitləri İkinci Qarabağ Müharibəsində tarix yazdılar. Onlar şirin canlarından keçərək ermənilərin əsarəti altında olan torpaqları geri almağa nail oldular.

Müstəmləkə qüdrətlərin himayəsi ilə təcavüzkar və işğalçı Ermənistanın Azərbaycan Respublikasına qarşı başladılan müharibə cəmi 44 gün çəkdi. Bu müddət ərzində müharibə şiə Azərbaycan xalqının xeyrinə tamamlandı.

Azərbaycanın qəhrəman hərbiçilərinin bir qrupu qaldıqları kazarmada İmam Hüseynə (ə) mərsiyə deyib sinə vurur və şəhidlərimizin ruhlarını şad edirlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir