Qarabağda dastan yazan şiə hərbiçilərimiz – Video

Qarabağda dastan yazan şiə hərbiçilərimiz torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq nümayiş etdirib.
Allaha itaət və bəndəçilik üçün məkan və zaman məhdudiyyəti yoxdur. Bu da İslam dininin əhatəli bir din olmasından irəli gəlir.
Torpaqlarımızın azadlığı uğrunda başlayan İkinci Qarabağ Müharibəsi Allahın yardımı, möminlərin duası, Əhli-beyt (ə) məktəbi və imam Hüseyn (ə) aşiqi əsgərlərimizin şücaəti sayəsində Azərbaycanın Qələbəsi ilə tamamlandı.
Azərbaycan əsgəri Peyğəmbər (s) dininə sadiq qalaraq, erməni işğalçı qüvvələrini öz torpaqlarımızdan çıxardı və ərazilərimizi yağı düşməndən azad etdi.
Qarabağda dastan yazan igidlərimiz həm də Azərbaycan xalqına namaz qılıb Allaha ibadət etməkdə bir örnək oldular.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir