Qarabağda mərsiyə deyən artilleriyaçı – Video

Əhli-beyt (ə) davamçıları döyüşlərin qızğın çağlarında namaz qılır və Allah-taala ilə raz-niyaz edirdilər. Döyüş öncəsi əsgərlərimiz ilahi övliyalar və Allahın yer üzərindəki höccətləri olan məsum imamların məzlumluğu haqqında mərsiyələr deyir, onlara təvəssül edərək düşmən əleyhinə qələbə çalmaqda Allahdan imdad diləyiridlər.
Ermənistan işğalçı qüvvələrinin Azərbaycan Respublikasına qarşı başlatdığı İkinci Qarabağ Müharibəsi Azərbaycan igidlərinin Allaha təvəkkülü, həmçinin, Qurani-Kərim, Peyğəmbər (s) və Əhli-beytə (ə) etdikləri təvəssülləri sayəsində Azərbaycan Respublikasının xeyrinə bitdi.
Belə hərbiçilərimizdən biri də videoda müşahidə edəcəyiniz qəhrəmanımızdır. O, xanım Fatimeyi-Zəhranın (ə) əza günlərində mərsiyə oxuyaraq matəm saxlayır.
Əsgərlərimizin döyüşkən ruhu Əhli-beytə (ə) olan dərin məhəbbət və sevgidən qaynaqlanır. Onların şücaət və qəhrəmanlığını artırır.
Allah-taala bütün Əhli-beyt (ə) aşiqlərini qorusun. Amin.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir