Şəhid Vüsal Hüseynovun cənazəsi mərsiyələrlə dəfn edildi – Video

2001-ci ildə Azərbaycan Respublikasının Talış Bölgəsinin Lənkəran rayonunun Velədi kəndində anadan olan Vüsal Hüseynov ailənin ikinci övladı idi.
Fiziki baxımdan zəif olduğundan, Lənkəran Hərbi Komissarlığı onu hərbi xidmətə göndərmək istəmir, lakin Vüsal Hüseynov öz təkidi ilə, hərbi xidmətə yollanır. İkinci Qarabağ Müharibəsi başlayana qədər Yevlax rayonunda, Sərhəd qoşunlarında xidmət edir. Müharibə başlayandan sonra isə Füzuli istiqamətindəki döyüşlərə qoşulur.
Vüsal Hüseynov 2021 ci il, noyabr ayının 8-də, zəfər günü Zəngilan istiqamətində gedən döyüşlərdə igidcəsinə şəhid olur.
O, ölümündən sonra “Vətən Uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Dostları və döyüş yoldaşları onun cənazəsini mərsiyələr deyərək dəfn edirlər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir